Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasını şərh etdi
Maliyyə
17.10.2024 07:11
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il
üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7
milyard manat artırılmasına şərh edib.
TodayPress məlumatına görə, nazirlik bəyan edib ki,
Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik
xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata
çatdırılıb.
Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya
siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.
"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat
artırılması hesabına təmin ediləcək" deyə nazirlik bəyan edib.
tag: İlham Əliyev, Prezident, Neft,Maliyyə Nazirliyi, todaypress.az,