HSBC Rusiyadan ödənişləri qəbul etməyi dayandırdı
Maliyyə
23.11.2024 13:51
Britaniyanın ən böyük bankı HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırdığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə bank bəyanat yayıb.
Yeni tədbirlərə görə bu ölkələrdən ödənişlər rədd edilə və vəsaitlər geri qaytarıla bilər.
Bank bu qərarın səbəbini açıqlamayıb və müştərilərdən yaranan narahatlığa görə üzr istəyib.
tag: Britaniya, Bank, Qərar, HSBC, Rusiya, Belarus, todaypress.az,