“Honda Motor Co.” üçüncü rübdə əməliyyat gəlirlərini 4,6% artırdı

Maliyyə

13.02.2025 20:00

1372

Yaponiyanın “Honda Motor Co.” şirkəti üçüncü maliyyə rübündə (oktyabr-dekabr) əməliyyat gəlirlərini 4,6% artıraraq 397,3 milyard yen (2,58 milyard dollar) səviyyəsinə çatdırıb. 

TodayPress xəbər verir ki, məlumat şirkətin hesabatında yer alıb.

Gəlirlərin artması, yendəki zəiflik və motosiklet istehsalı bölməsinin yaxşı nəticələri ilə izah edilir. Lakin, bu göstərici analitiklərin orta proqnozu olan 403,7 milyard yen-ə çatmayıb.

Şirkətin gəliri 2,6% artaraq 5,531 trilyon yen (proqnozlaşdırılan 5,379 trilyon yen) olub. Motosiklet istehsalı bölməsinin gəliri 14,1% artaraq 896 milyard yenə çatıb. Digər tərəfdən, avtomobil bölməsinin gəliri 0,4% azalarak 3,7 trilyon yen olub.

“Honda”nın Yaponiya bazarındakı gəliri 8% azalıb (1,46 trilyon yenə düşüb), amma Şimali Amerikada gəlir 5,7% artıb (3,37 trilyon yenə yüksəlib).

Şirkət doqquz ay ərzində 2,817 milyon avtomobil satıb (9,5% azalma) və 15,508 milyon motosiklet (11,1% artım) istehsal edib.

Honda, 2025-ci ilin mart ayında başa çatacaq cari maliyyə ili üçün 1,42 trilyon yen əməliyyat gəliri proqnozunu təsdiqləyib (keçən ildən 2,8% artış). Bu il 3,75 milyon avtomobil satılacağı gözlənilir (əvvəlki 3,8 milyon proqnozundan azalma). Bununla yanaşı, motosiklet satışları 20,6 milyon ədəd olaraq proqnozlaşdırılıb.

Şirkət bu maliyyə ilində gəlirlərinin 5,7% artaraq 21,6 trilyon yenə çatacağını gözləyir.

Qiymət Mahir

tag: Yaponiya,Honda,Dünya,İKT,todaypress.az,