Hesablama Palatası 2024-cü ilin maliyyə hesabatını verdi
Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.
TodayPress xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14,1 % çox), xərcləri isə 9,543 milyon manat (8,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 % çoxdur.
Hesabat dövründə qurumun öhdəlikləri 19,4 % azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 % artaraq 6,193 milyon manata çatıb.
Hesablama Palatasını Milli Məclis ölkə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradıb.
Palata 2001-ci ildən fəaliyyətə başlayıb.
Qurum parlamentə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
tag: Hesablama Palatası,2024,Hesabat,Təqdimat,Todaypress.az,