Elmi-Tədqiqat Kardiologiya İnstitutu auditor seçdi

Maliyyə

14.05.2025 12:10

22

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. 

TodayPress dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir. 

Qalib şirkətə 12,5 min manat ödəniləcək. 

Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 9 min manat ödənilib.

tag: Kardiologiya,İnstitut,Auditor,Seçki,Todaypress.az,