Ehtiyat fondlar üzrə xərclər açıqlandı

Maliyyə

18.04.2025 17:45

11

2025-ci ilin 1-ci rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,8 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1,6 milyon manat, cəmi olaraq 8,4 milyon manat vəsait istifadə olunub.

Bu barədə Malliyyə Nazirliyindən TodayPress-ə məlumat verilib.   

Həmçinin vurğulanıb ki, 2025-ci ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10744,3 milyon manat, xərcləri isə 9061,3 milyon manat icra olunub.

İcmal büdcədə 1683,0 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

tag: Ehtiyat,Fond,Büdcə,Xərc,Todaypress.az,