Əhalinin gəlirləri 6%-dən çox artdı
Ötən ay Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,4% artaraq 11 milyard 907,1 milyon manata yüksəlib.
Bu barədə TodayPress-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hər nəfərə düşən nominal gəlirlər isə 1 164,2 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,9% çoxdur.
tag: Dövlət Statistika Komitəsi,Azərbaycan,Əhali,Gəlir,Artım,Todaypress.az,