DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 4% artdı
2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 923,5 milyon manat təşkil edib.
TodayPress xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çox icra edilib.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb.
tag: DVX,Büdcə,Maliyyə,Artım,Todaypress.az,