Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi layihələrin icra vəziyyəti müzakirə olundu
Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edib.
Görüşdə Dünya
Bankı tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra
vəziyyəti,
həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq və
ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə
olunub.
R. Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdıraraq, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Dünya Bankının dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
Azərbaycanın Dünya
Bankı Qrupu ilə
əməkdaşlığa böyük əhəmiyyət
verdiyini
vurğulayan nazir S.Babayev bildirib ki, ölkəmizin bu maliyyə institutu ilə
yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər
sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır.
Görüşdə
tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı
maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
tag: Dünya Bankı,Azərbaycan,Sahil Babayev, Nəqliyyat, Nazir,Büdcə, todaypress.az,