Dünya Bankı Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə krediti təsdiq etdi
Dünya Bankı bu gün Azərbaycan üçün Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.
Bu barədə TodayPress-ə Dünya Bankından bildirilib.
Məlumata görə, layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək və ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək.
173,5 milyon ABŞ dolları məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək.
Layihə ilkin mərhələdə 384 milyon ABŞ dolları məbləğində özəl investisiyaların reallaşdırılmasına kömək edəcək və bərpa olunan enerjiyə gələcək investisiyalar üçün yol açacaq.
Etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisi çatdırılmasına imkan verəcək bu layihə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edəcək
tag: Azərbaycan,Dünya Bankı,Bərpaolunan ,Enerji,Todaypress.az,