Dövlət Neft Fondundan büdcəyə transfert proqnozdan 5% az icra edildi

Maliyyə

05.05.2025 13:21

26

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 4 579,1 milyon manat təşkil edib. 

TodayPress Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, transfertin həcmi proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib. 

Xatırladaq ki, cari il ARDNF-dən dövlət büdcəsinə transfert 14 mlrd. 481 mln. manat nəzərdə tutulub.

tag: Dövlət Neft Fondu,Büdcə,Gəlir,Azalma,Todaypress.az,