DGK xətti ilə büdcə daxilolmaları 4%-dən çox artdı

Maliyyə

05.05.2025 13:23

23

2025-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 064,9 milyon manat milyon manat təşkil edib. 

TodayPress Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 37,9 milyon manat və ya 1,9% çox icra edilib. 

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon 926 min manat və yaxud 4,3% çoxdur. 

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.

tag: DGK,Büdcə,Daxilolma,Artım,Todaypress.az,