BTC ilə neft nəqli azaldı
Maliyyə
05.11.2024 20:21
2024-cü
ilin ilk üç rübündə BTC vasitəsilə 22 milyon ton neft ixrac edilib.
TodayPress
xəbər verir ki, bu barədə BP Azərbaycanın yaydığı hesabatda bildirilib.
Hazırda
BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır.
Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat
həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər
həcmləri) də nəql olunur.
2024-cü
ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 104 milyon
dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib.
tag: BP, Neft, Türkiyə, BTC, AÇG, todaypress.az,