"Bitcoin" rekord həddə çatdı

Maliyyə

20.01.2025 14:53

"Bitcoin"in qiyməti tarixi rekordu yeniləyərək 109,5 min dollardan yuxarı qalxıb.

TodayPress xəbər verir ki, bu barədə "Binance" kriptovalyuta birjası məlumat verib.

Bildirilib ki, "Bitcoin" son sutka ərzində 3,63 faiz artım göstərərək 109 588 dollara çatıb.

Bu göstərici kriptovalyutanın bütün zamanlar ərzində qeydə alınmış ən yüksək səviyyəsidir. 

Xatırladaq ki, kriptovalyuta bundan əvvəl 2024-cü ilin 17 dekabrında tarixi rekorda yaxınlaşaraq 108 353 dollara qədər yüksəlmişdi.


Nicat Osman

tag: Bitcoin, Maliyyə,Valyuta, Kriptovalyuta,todaypress.az,