Birinci yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldildi
Maliyyə
16.07.2024 20:00
Cari ilin ilk altı ayında
sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa
sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və
bərpası məqsədilə illik nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin
51,1 faizi və ya 1 milyard 953,5 milyon manatı istifadə olunub.
TodayPress Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, altı ayda sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 42,9 faizi və ya 1 milyard 64,9 milyon manat ayrılıb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 40,4 faiz çoxdur.
tag: todaypress.az, Qarabağ,Maliyyə Nazirliyi, Vəsait, Xəbər,