Bakıda orta aylıq əməkhaqqı 7 %-dən çox artdı
Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
tag: Bakı,Muzd,Nominal,Əməkhaqqı,Statistika ,todaypress.az,