Azərbaycanın sığorta bazarı 7 % böyüdü

Maliyyə

25.04.2025 12:15

7

2025-ci ilin yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. 

TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur. 

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 7 % çoxdur.  Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.

tag: Azərbaycan,Sığorta,Bazar,Böyümə,Todaypress.az,