Azərbaycanın dövlət borcu açıqlandı

Maliyyə

18.04.2025 17:41

13

Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.   

Bu barədə Malliyyə Nazirliyindən TodayPress-ə məlumat verilib.   

Qeyd olunub ki, cari ilin 1-ci rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 110,4 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 376,3 milyon manat olmaqla (əsas borc üzrə 235,8 milyon manat, faiz borcu üzrə 140,5 milyon manat), ümumilikdə 486,7 milyon manatın ödənilməsi təmin edilib. 

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları olub.

2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

tag: Azərbaycan,Dövlət,Borc,Açıqlama,Todaypress.az,