Azərbaycandan Yunanıstana pul köçürmələri artdı

Maliyyə

22.03.2025 16:10

2328

Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01 dəfə və ya 1,288 milyon ABŞ dolları artıb.

Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.

2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126 milyon ABŞ dolları məbləğində köçürmələr həyata keçirilib.

tag: Azərbaycan,Yunanıstan,Pul köçürmə,todaypress.az,