Azərbaycan IOSCO-nun 50-ci illik toplantısında təmsil olundu

Maliyyə

15.05.2025 11:30

32

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (International Organization of Securities Commissions - IOSCO) Qətərin paytaxtı Dohada keçirilmiş 50-ci İllik Toplantısında iştirak edib. 

TodayPress bu barədə AMB-yə istinadən xəbər verir.   

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun (QFMA) rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb. Tərəflər hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb. 

tag: Azərbaycan,İOSCO,Qətər,Doha,Todaypress.az,

photo
photo