Azərbaycan dövlət borcunu ÜDM-in 23 %-dən aşağı səviyyədə saxlamağı planlaşdırdı

Maliyyə

17.09.2024 23:28

Azərbaycan hökuməti 2025-ci ildə ölkətə 129,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

TodayPress  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 92,2 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Qeyri-neft-qaz ÜDM-i 4,9 % səviyyəsində artacağı proqnozlaşdırılır.

Proqnozlarıa görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 % səviyyəsində gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal (80 milyard 960,3 milyon manatllıq) olunub.

tag: Azərbaycan, Büdcə, Maliyyə, ÜMD,todaypress.az,