"Azərbaycan Beynəlxalq Bankı"nın əsas rəhbərliyinə ödəniş 48 %-ə yaxın artdı

Maliyyə

13.05.2025 11:32

20

2024-cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) əsas rəhbərliyinə ödəniş 27,195 milyon manat təşkil edib. 

TodayPress Bankın illik hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 8,759 milyon manat və yaxud 47,5 % çoxdur. 

ABB-nin əsas rəhbərliyinə Bankın İdarə Heyətinin üzvləri (7 nəfər), icraçı direktorlar və departament direktorları (4 nəfər) daxildir.  Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır.

Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

tag: ABB,Bank,Rəhbərlik,Ödəniş,Todaypress.az,