AMB: BOKT-ların maliyyələşmə xərcləri banklara nəzərən daha yüksəkdir

Maliyyə

02.05.2025 13:11

16

2024-cü ilin sonuna BOKT-lərin öhdəliklərinin 155 mln. manatı bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 48%- ni təşkil edib. Bank kreditlərinin həcmi 2024-cü ilin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% (18.4 mln manat) artıb. 

TodayPress xəbər verir ki, bank kreditləri bütünlüklə rezident banklardan cəlb edilib.

Habelə, banklar tərəfindən ayrılmış kreditlərin 8.1 mln. manatı xarici valyutada olub. 

Qeyd edilib ki, BOKT-ların milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri- rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir. 

Məlumata görə, mikromaliyyə sektorunun digər əsas maliyyələşmə mənbələrindən biri kapital bazarı vasitəsilə maliyyələşmədir.

Belə ki, 2024-cü ilin sonuna istiqraz emissiyası vasitəsilə maliyyələşmə üzrə qalıq məbləğ 61.2 mln. manat təşkil etmişdir ki, bu da BOKT-lərin cəmi öhdəliklərinin 19%-ni təşkil edib 

BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir və milli valyutada orta çəkili faiz dərəcəsi 15% ətrafındadır BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərclərinin yüksək olması əsasən onların risk profilindən qaynaqlanır. 

Xarici mənbələrdən maliyyələşmə imkanları məhduddur.

Belə ki, qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin cəmi öhdəliklərə nisbəti 2024-cü ilin sonuna 27.5% olub.

Qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlər əsasən xarici valyutadadır. Belə ki, 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin 42.2%-i xarici valyutada olub.

(APA)

tag: Mərkəzi Bank,BOKT,Maliyyə,Xərc,Todaypress.az,