Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı qərar verildi

Kriminal

12.06.2024 11:25

Məhkəmə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

TodayPress xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki,“Abzas media” işi üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızıdan əlavə, saytın direktor müavini Məhəmməd Kekalov, digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.

tag: Abzas Media,Ülvi Həsənli,Sevinc Vaqifqızı ,Məhkəmə, todaypress.az,