Tərtərdə 32 yaşlı kişi öldürüldü
Kriminal
14.06.2024 22:36
İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.
tag: Tərtər, Polis əməkdaşı, DİN, Əməliyyat, todaypress.az,