Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürməklə hədələyən şəxs zərərsizləşdirildi
Kriminal
22.07.2024 20:02
Paytaxtın Suraxanı rayonunda
azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.
TodayPress DİN-in Mətbuat Xidmətinə
istinadən xəbər verir ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə
görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə
qəsdən tabe olmayıb, müqavimət göstərib, uşaq girov götürərək boğaz nahiyəsinə
soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini
davam etdirib.
Ona dəfələrlə xəbərdarlıq
edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin
və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən
xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Suraxanı, Girov, DİN, Paytaxt, todaypress.az,