Sumqayıtda 23 yaşlı qadın qaynı tərəfindən öldürüldü
Kriminal
09.08.2024 13:26
Avqustun 9-da saat 12 radələrində Sumqayıt
şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə
Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən TodayPress-ə verilən xəbərə görə, araşdırmalarla 1998-ci il təvəllüdlü
İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər
prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İsrail Rəsulov iş üzrə şübhəli şəxs
qismində tutulub.
tag: Sumqayıt, Bıçaqlanma, Hadisə,Ölüm, todaypress.az,