Sabuçu bazarında 31 yaşlı oğlan ürəyindən bıçaqlandı
Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.
TodayPress xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əhmədov Rasim Etibar oğlu bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (apa)
tag: Sabunçu bazarı, Bıçaqlanma, Prokurorluq, Cinayət işi, todaypress.az,