Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürüldü, daha bir nəfər xəsarət aldı
Kriminal
17.10.2024 21:55
Oktyabrın 17-də saat 20
radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə
Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan
atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin
isə xəsarət alması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin regional
qrupundan bildirilib.
Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına
və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən
edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən
götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
tag: Qəbələ,Zərgərli, Ov Tüfəngi, Ölüm, Xəsarət, todaypress.az,