Polis Bakıda evə basqın edən silahlı şəxsi zərərsizləşdirdi
Kriminal
09.09.2024 23:47
Sentyabrın 9-da saat 21 radələrində
Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev
sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən TodayPress-ə
verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli
şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin
qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı
ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz
Məmmədhüseyn oğludur.
Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq
götürülüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Basqın,DİN, Polis, Binəqədi,todaypress.az,