Nərimanov rayonunda gənc oğlan güllələndi

Kriminal

26.06.2024 21:43

811

Bakıda güllələnmə hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

(lent.az)

tag: Bakı, Paytaxt, Güllələnmə, Nərmianov rayonu, todaypress.az,