Mağazadan telefon oğurlayan şəxslər saxlanıldılar
Kriminal
12.10.2024 10:40
Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress DİN-dən məlumat verilib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuşlar 57 yaşlı İ.Muradxanov və 52 yaşlı P.Qaraşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: Mağaza,Oğurluq,Telefon,DİN,Todaypress.az,