Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Kriminal

18.10.2024 06:56

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

tag: Lənkəran, Ölüm, Elnur Cəfərov, DİN, todaypress.az,