Köşkdən lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

08.07.2024 21:13

Ucar rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

tag: Ucar, Köşk, Lotoreya bileti, DİN, todaypress.az,