Keçmiş əri tibb bacısını başından güllələdi
Kriminal
09.06.2024 05:30
Türkiyənin Adana Yüreğir Dövlət Xəstəxanasında tibb bacısı işləyən qadın boşandığı keçmiş əri tərəfindən güllələnərək öldürülüb.
TodayPress Türkiyə mediasına istinadla xəbər verir ki, Hadisə Adana şəhərinin Yüreğir rayonu Dadaloğlu məhəlləsində baş verib. Tibb bacısı 40 yaşlı Saniyə Özmən işə getmək üçün avtomobilinə əyləşmək istəyərkən boşandığı əri İhsan Uğurlu qəfil avtomobilə daxil olub.
Cütlük arasında əvvəl yaranan mübahisə faciə ilə nəticələnib. Mübahisə zəminində özündən çıxan İ. Uğurlu üzərindəki silahla əvvəl S.Özməni başından güllələyib sonra isə eyni silahla intihar edib.
GÜNEL
tag: Tibb bacısı, Türkiyə, Güllə, Adana, todaypress.az,