İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Kriminal

15.04.2025 12:26

9

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprelin 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: İran,Azərbaycan,Pua,Narkotik,todaypress.az,