İqtisadçı Fərid Mehralızadə həbs olundu
Kriminal
01.06.2024 15:23
Bir neçə gün öncə saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
TodayPress xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.(apa)
tag: Fərid Mehralızadə, İqtisadçı, Həbs, Cinayət, Məhkəmə,todaypress.az,