İnterpolun axtardığı şəxslər aeroportda saxlanıldı
Kriminal
07.06.2024 14:12
Bakıdakı hava limanında beynəlxalq axtarışa verilən 2 nəfər tutulub.
TodayPress xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində ələ keçirilib.
Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanlıb.
Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.(qafqazinfo)
tag: İnterpol, Aeroport, Bakı, Hava Limanı, Ukrayna, Dünya, todaypress.az,