Göygöldə meyit tapıldı

Kriminal

22.10.2024 02:22

Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.

TodayPress xəbər verir ki, hazırda tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Göygöl, Meyit, Polis, todaypress.az,