Göygöldə 14 yaşlı oğlan anasını bıçaqladı
Göygöldə bıçaqlanma hadisəsi
baş verib.
TodayPress xəbər verir ki,
hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü
S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat
edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın oğlu tərəfindən
bıçaqlanıb.
DİN Mətbuat Xidmətinin Gəncə
regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Göygöl
rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov
saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar
davam etdirilir
tag: Göygöl, Yeniyetmə, Bıçaqlanma, DİN, todaypress.az,