Göyçayda 39 yaşlı kişi qətlə yetirildi, saxlanılan var
Kriminal
22.10.2024 22:33
Oktyabrın 22-də saat 21
radələrində Göyçay rayonunun Potu kəndində 1985-ci il təvəllüdlü Eminov Asif
İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil
olub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional
qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə 37 yaşlı Mənsimov Xəyal Alik
oğlu şübhəli bilinir, o, polisə könüllü polisə təslim olub.
Araşdırma aparılır.
tag: DİN, Göyçay, Potu, Cimayət, todaypress.az,