DİN Nərimanovdakı qətllə bağlı məlumat yaydı

Kriminal

27.06.2024 10:03

1765

Bakıda qətldə şübhəli bilinən şəxsi tərksilah edən mülki geyimdə olan polis əməkdaşıdır.

TodayPress  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

tag: DİN, Nərimanov, Qətl, Məlumat, Polis, todaypress.az,