DİN əməliyyat keçirdi - Üç nəfərin 47 min manatını mənimsəyən şəxs saxlanıldı
Kriminal
04.06.2024 11:14
Dələduzluqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
TodayPress DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.
O, müxtəlif vaxtlarda üç nəfər şəxsin 47700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
tag: DİN,Polis, Füzuli, Qəhrəmanov, Dələduzluq, todaypress.az,