DİN 48 cinayətin üstünü açdı
Kriminal
12.10.2024 10:10
Oktyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN-dən TodayPress-ə məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər isə saxlanılıb.
tag: DİN,Cinayət,Şübhəli,Silah,Todaypress.az,