Daşkəsəndə 66 yaşlı qadına balta ilə xəsarət yetirildi

Kriminal

27.07.2024 20:35

Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

TodayPress xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.

Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Fakt araşdırılır.

tag: Daşkəsən, Balta, Cinyaət, Gəncə, todaypress.az,