Biləsuvar sakinlərindən silahlar götürüldü
Kriminal
15.09.2024 12:25
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar alındı Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.
TodayPress xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
tag: Biləsuvar,Silah,Qanun,Rayon,Todaypress.az,