Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edildi
Kriminal
04.11.2024 23:12
Ədliyyə Nazirliyi tərəfindən xarici
dövlətlərin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində beynəlxalq
axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq
ölkəmizə gətirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Nazirlikdən TodayPress-ə bildirilib ki, noyabrın 2-də İnterpolun Azərbaycan
Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən
daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata
keçirilib.
Belə ki, dələduzluq, rüşvət vermə, sənədləri
saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin
178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri)
bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi
Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq həbs
edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun
sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə
Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov
Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul
əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs
qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir.
tag: Almaniya,Ədliyyə Naziriyi, Axtarış, İnterpol, todaypress.az,