Beyləqanda saxlanılan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlandı

Kriminal

08.06.2024 10:27

Beyləqanda saxlanılan şəxsdən 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunan Vüsal Əzimov saxlanılıb. Onun əlində olan bağlamadan 9 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

tag: Beyləqan,Narkotik, Vüsal Əzimov, Marixuana, todaypress.az,