Balıqçı ilə fəhlə arasındakı mübahisə bıçaqlanma ilə sonlandı

Kriminal

04.07.2024 01:50

2049

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, bir nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə insident balıqçı ilə fəhləsi arasında baş verib. Belə ki, balıqçı öz fəhləsini bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.(apa.az)

tag: Tovuz, Bıçaqlanma, Humanlar, Fəhlə,todaypress.az,