Balaxanıda 18 yaşlı gənc yaşadığı evdə qətlə yetirildi
Kriminal
15.06.2024 00:01
Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlu yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.
TodayPress xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.
Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.
Mərhumun aşpaz olduğu deyilir (apa).
tag: Qətl, Sabunçu, Balaxanı, Xəsarət, todaypress.az,